“Xarici ölkə vətəndaşı olan azərbaycanlı gənclərə Azərbaycan ali təhsil müəssisələrində güzəştlərin tətbiqi iqtisadi məsələlərdəndir”.
Bu sözləri Diaspora.TV-yə müsahibəsində sabiq deputat Şahlar Əsgərov deyib. O, bunun çox çətin prosedur olduğunu diqqətə çatdırıb:
“Bu çox vacib, əhəmiyyətli, eyni zamanda çətin prosesdir. Bu məsələdə həm valideynlərə, həm də şagird və tələbələrə uğurlar diləyirəm. Xarici ölkələrdə mövqe sahibi olan azərbaycanlı gənclərin bəziləri Azərbaycan gəlmək istəsə belə çalışırlar ki, həmin uşaqlar vətənə dönməsin. Həmin gənclərin vətənə dönməməsi üçün onların maaşını, vəzifəsini artırırlar. Qorxurlar ki, onlar birdən Azərbaycanda elektronikanı inkişaf etdirər, biri elmi, digəri də kənd təsərrüfatını və s. Bu incə məsələdir”.
Jalə
Diaspora.TV