“Azərbaycanın İstanbuldakı Baş Konsulluğunun bütün kollektivinə, xüsusən də baş konsulumuz Nərminə Mustafayevaya göstərdikləri fədakarlığa və insanlarla dostluğuna görə təşəkkür edirəm”.
Bu sözləri Diaspora.TV-yə müsahibəsində Türkiyə və Azərbaycan İş Qadınları - “TurkAz” Platformasının prezidenti Yeganə Quliyeva deyib.
Müsahibimizin sözlərinə görə, konsulluğumuz hər zaman bizi dəstəkləyir və kömək göstərir:
“Hər işimizi asanlıqla necə edəcəyimizi bilirik. Bundan başqa, İstanbulda yaşayan bütün soydaşlarımıza eyni şərait yaradılır və nümunəvi xidmət göstərilir”.
“2000-ci ildən İstanbulda yaşayan azərbaycanlı kimi deyə bilərəm ki, indiki konsulluğumuz hələ də xidmətdə olan azsaylı komandalardan biridir. Ümid edirəm ki, gələcək kadrlar da eyni fədakarlıqla Vətən, millət sevgisi ilə çalışacaqlar”, - deyə Y.Quliyeva bildirib.
Həsən Hüseynov
Diaspora.TV