“Yaxşı baxmıram, təhsil haqqında qanun və onun icrası hamı üçün eyni olmalıdır”.
Bu sözləri Diaspora.TV-yə açıqlamasında filologiya üzrə fəlsəfə doktoru, dosent, Azərbaycan Dillər Universitetinin Keyfiyyətin təminatı və monitorinq şöbəsinin müdiri Vüsalə Ağabəyli xarici ölkə vətəndaşı olan azərbaycanlı gənclərə Azərbaycan ali təhsil müəssisələrində güzəştlərin tətbiq olunmasına münasibət bildirərkən deyib.
Vüsalə Ağabəyli hesab ki, təhsil sistemində tələbələri həvəsləndirmək üçün bütün qanunlar, qaydalar onların hər birinə əlçatan olmalıdır:
“Ədalətsizlik, sosial bərabərsizlik, şəxsi yanaşmalar bütün sahələrdə olduğu kimi təhsildə də tətbiq olunursa, sırf təhsillə gələcək qurmaq ümidi olan hər bir gənci ruhdan salmış olurlar”.
Jalə
Diaspora.TV