Tarix: 13 Noyabr 2024 10:38 | Baxış sayı: 299
Bütün bunlar tək yazarın yox, ölkə adına töhvədir    - Eluca Atalı

Bütün bunlar tək yazarın yox, ölkə adına töhvədir - Eluca Atalı

“Bir qələm sahibi ölkəsini hansı formada tanıda bilər? Ən yaxşı halda yazmağı ilə və təbii ki, yazdıqları yurdunu, vətənini, millətini ifadə etsin. Son illər əsasən tarixi-siyasi mövzularda yazsam da, builki yaradıcılığımda natur fəlsəfə mərkəzdə durub. Əslində, bu sırf təsadüfdür ki, 2024-cü il ölkəmizdə keçirilən COP 29-la üst-üstə düşür”.

Bu sözləri Diaspora.TV-yə açıqlamasında Stokholmda yaşayan, yazıçı Eluca Atalı deyib.

E.Atalının sözlərinə görə, builki yaradıcılığını ölkənin təbiətinə həsr edib:

“Yenidən doğuş - Ənqa quşu", "Sonsuzluq axtarışında - Ənqa quşu", bu iki kitab Türkiyədə, Almaniyada, Özbəkistanda, İranda bu il yayımlanıb. Bundan əlavə "Odunçunun nağılı" yaşıl dünyaya həsr olunmuş dramım Naxçıvan Dövlət Milli Dram Teatrında tamaşaya qoyulub, "GreenFest" festivalında nümayiş etdirilib. Xaricdə də tamaşa üçün hazırlıq gedir, "Ağ Göyərçin" yenə təbiətdən bəhs edən səhnə əsərimin üzərində iş gedir və türk dilinə də çevrilərək teatra təqdim edilib. "Uç, Ağ quşum" uşaq macəra kitabım çapa hazırlanıb. Azərbaycan tarixindən bəhs edən "İran zindanında: Devrimin travması" və "İran zindanında: Həyatı tabutda arayanlar" iki cildlik romanım Türkiyədə yayımlandı. "Zindan qapısında" monotamaşam ikiyə bölünmüş vətənimin dərdindən - Güney Azərbaycandan, "Açılmayan güllə" isə Qarabağ savaşından bəhs edir. Düşünürəm, bütün bunlar tək yazarın yox, həm də ölkə adına bir töhvədir”.

“Bu il 5 monotamaşa, 3 pyes və bir uşaq macəra kitabı yazıb yayıma verdim. Hazırda 3 kitabım Azərbaycanda yayımdadır və bir də müxtəlif universitetlərdə yaradıcılığımın tədqiqinə başlanılıb. Yaradıcılığımla bağlı "Eluca Atalının təbiət görüşləri" elmi monoqrafiya yazılıb yayıma təqdim edilib. Hollandiya və Azərbaycanda kütləvi oxucularla olan görüşlərimsə, bir növ yaradıcılıq hesabatı kimi qəbul oluna bilər və bunun davamı olaraq gələn ay Danimarkada imza günlərim olacaq. Xoşbəxtlikdən builki fəaliyyətimdə xüsusi problemlə üzləşməmişəm. Əslinə qalsa, bu ili daha çox çətinliyin üzərindən hoppanmağı bacardığım il kimi qiymətləndirə bilərəm”, - deyə yazıçı bildirib.

Xəyalə Zöhrab
Diaspora.TV

Şərhlər

Yaz...

Diaspora xəbər - VİDEO TƏQDİMAT -    30.10.2024
Diaspor, Video Qalereya, Diaspora Xəbər

Diaspora xəbər - VİDEO TƏQDİMAT - 30.10.2024

Diaspora xəbər - VİDEO TƏQDİMAT -    29.10.2024
Diaspor, Video Qalereya, Diaspora Xəbər

Diaspora xəbər - VİDEO TƏQDİMAT - 29.10.2024

Diaspora xəbər - VİDEO TƏQDİMAT -    31.10.2024
Diaspor, Video Qalereya, Diaspora Xəbər

Diaspora xəbər - VİDEO TƏQDİMAT - 31.10.2024

Diaspora xəbər - VİDEO TƏQDİMAT   - 28.10.2024
Diaspor, Video Qalereya, Diaspora Xəbər

Diaspora xəbər - VİDEO TƏQDİMAT - 28.10.2024

Diaspora xəbər - VİDEO TƏQDİMAT -    01.11.2024
Diaspor, Video Qalereya, Diaspora Xəbər

Diaspora xəbər - VİDEO TƏQDİMAT - 01.11.2024