Tarix: 30.04.2024 / 09:44
Buryatiyada Azərbaycan dili məktəbi  fəaliyyətə başlayır

Buryatiyada Azərbaycan dili məktəbi fəaliyyətə başlayır

“Yaşadığımız şəhərdə Azərbaycan həqiqətlərinin tanıdılması ilə bağlı gördüyümüz işlər çoxdur”.

Bu sözləri Diaspora.TV-yə açıqlamasında Buryatiya Muxtar Respublikasının Selenqə şəhərində Azərbaycan Diasporunun və Milli Mədəni Muxtariyyətin rəhbəri Cəmil Hüseynov deyib. Onun sözlərinə görə, miqrasiya ilə bağlı müxtəlif problemlər var, onlar da öz həllini tapır:

“Bu günə qədər çalışmışıq ki, hər hansı bir problem olduqda özümüz həll edək. Ümümiyyətlə bizim elə də dərin problemlərimiz yoxdur”.

Müsahibimiz əlavə edib ki, yaşadığımız yerlərdə müxtəlif tədbirlər həyata keçirmişik:

“Misal üçün, 44 günlük Vətən müharibəsinin birinci ildönümü ilə bağlı bir sıra tədbirlər həyata keçirilib. Həmin tədbirə azərbaycanlılarla yanaşı, burada yaşayan digər xalqlar da dəvət olunub. Bundan başqa, şəhidlərin anım günü, Xocalı soyqırımı, Azərbaycanın Müstəqilliyi Günü və eləcə də Heydər Əliyevin 100 illiyi ilə bağlı müxtəlif tədbirləri keçirmişik”.

C.Hüseynov bildirdi ki, gördüyümüz işlər çoxdur və yaxın zamanlarda həftəsonu Azərbaycan dili məktəbi də fəaliyyətə başlayacaq:

“Onun sözlərinə görə məktəbin fəaliyyətə başlaması üçün kitablar da hazırdır. Bu kitablar vasitəsilə uşaqlara Azərbaycan dilini, bayrağını, gerbini, mədəniyyətini öyrətməyə çalışacağıq”.

Həsən Hüseynov
Diaspora.TV








Şərhlər

Yaz...