“Əvvəllər buradakı diaspora ilə əlaqəli fəaliyyət göstərirdik. Bizə qarşı olan münasibətini gördükdən sonra onlardan uzaqlaşdıq”.
Bu sözləri Diaspora.TV-yə açıqlamasında “Avşar” kukla teatrının rəhbəri Xatirə Avşar deyib. Onun sözlərinə görə, hazırda teatr müstəqil fəaliyyət göstərir:
“Düşünürəm ki, Estoniyadakı diaspora təşkilatı ilə əməkdaşlıq mənasızdır. Çünki bizi maliyyə ilə təmin etməyə qoymurlar”.
X.Avşar qeyd edib ki, iyun ayında Mədəniyyət Nazirliyinin dəvəti ilə Salyan, Gəncə və Bakıda 3 tamaşa təqdim edəcəklər:
“Bakıda təqdim edəcəyimiz tamaşa dövlət sifarişidir. Azərbaycanda teatr sahəsində elə də güclü rejissorlar yoxdur. Teatrlarda çox az sayda yaxşı rejissor fəaliyyət göstərir. Çox yaxşı haldır ki, vətəndəki Kukla teatrı və digər teatrlar bizim gördüyümüz işləri bəyənir. Həmişə çalışmışıq ki, teatrımızın kuklaları, musiqisi, ssenarisi və sair ən yüksək səviyyədə təşkil olunsun”.
“Düşünürəm ki, Estoniyadakı diaspor təşkilatında saxtakarlıq çoxdur və rəhbərlik dəyişsə, insanlar yenidən təşkilata toplaşar. Təbii ki, biz də əlimizdən gələn yardımı göstərməyə hazırıq”,- deyə Xatirə Avşar bildirib.
Həsən Hüseynov
Diaspora.TV
Aysel
Son 10 ildə Estoniyada 1 tamaşa belə təqdim etməmisiniz. Nə yalanlar danışırsız. Nə vaxt fəaliyyıtiniz olub sizin?
17.05.2024 / 13:49