Tarix: 02.05.2024 / 15:12
Bütün Təbriz “mən deyir”   -  Xamenei irad bildirdi

Bütün Təbriz “mən deyir” - Xamenei irad bildirdi

İranın ali lideri Əli Xamenei Təbrizdə yerli kitab satıcısına Azərbaycan dilindən düzgün istifadə edilməməsinə görə irad tutub.

Diaspora.TV “haqqin.az”a istinadən xəbər verir ki, hadisə Təbrizdə baş verib.

Sosial şəbəkələrdə yayılan görüntülərdən Xameneinin bir kitaba baxış keçirdiyini görmək mümkündür. Bu zaman “mən” sözünün “men” yazıldığını görən İranın ali lideri deyib: “Burada “mən” olmalıdır. Bütün Təbriz “mən deyir”, burada isə “men” yazılıb”.

Kitab satıcısı isə vəziyyəti fars dilinin fonetikasının xüsusiyyətləri ilə izah etməyə çalışsa da, daha sonradan Xamenei ilə razılaşıb.

Şərhlər

Yaz...