Tarix: 21.10.2024 / 12:05
"Bugünkü yürüş xalqın seçiminin göstəricisidir"    – Azərbaycanlı namizəd

"Bugünkü yürüş xalqın seçiminin göstəricisidir" – Azərbaycanlı namizəd

“Bugünkü yürüş 26 oktyabrda xalqın seçiminin göstəricisidir, “Gürcü Arzusu” son günlərini yaşayır".

Diaspora.TV gürcü mediasına istinadla xəbər verir ki, bunu azərbaycanlı namizəd Rəfi Orucov deyib.

O bildirib ki, Gürcüstan xalqı əsrlər boyu Avropa yolunu tutub. Bizim vətəndaşlarımızın tək arzusu var, o da Avropa ailəsinin üzvü olmaqdır:

"Bu, inkişaf və tərəqqi deməkdir. Bundan öncəki yürüş və aksiyalarda olduğu kimi, bu gün də keçirilən xalq yürüşündə böyük izdiham yaşandı. Yüz minlərlə insan toplaşaraq öz iradəsini göstərdi. Bir daha bu hakimiyyətə "yox!", müxalifətə və Avropa ilə gələcəyə "hə", dedi. 26 oktyabrda keçiriləcək seçkilərdə xalqın seçiminin nə olacağı aydın şəkildə görünür”.


Şərhlər

Yaz...