Tarix: 20.07.2024 / 14:30
Bu zaman hüquq-mühafizə orqanlarına şikayət etmək lazımdır  - Rauf Xəlilov

Bu zaman hüquq-mühafizə orqanlarına şikayət etmək lazımdır - Rauf Xəlilov

“Birləşmiş Krallıqda hər hansı bir vətəndaşı cinayi elementlər narahat edirsə o vətəndaş mübarizə aparmaq üçün bir neçə hüquqi seçimə malikdir”.

Bu sözləri Diaspora.TV-yə açıqlamasında “Mergul law” Hüquq Şirkətinin təsisçisi və rəhbəri Rauf Xəlilov deyib.

Onun sözlərinə görə, vətəndaşların mübarizəsinə həm cinayi, həm də mülki tədbirlər daxildir:

“Cinayi tədbirlərlə bağlı, müxtəlif hüquq-mühafizə orqanlarına şikayət etmək lazımdır. Şikayət edilən zaman bütün dəlilləri sübutları şikayəti qəbul edən quruma təqdim etmək lazımdır”.

“Mülki tədbirlər arasında məhkəməyə müraciət edərək iddia qaldırmaq, müqavilə pozuntuları, dələduzluq və s. səbəblərlə bağlı hüquqi tədbirlər görmək mümkündür”, - deyə müsahibimiz bildirib.

R.Xəlilov sonda qeyd edib ki, təhlükəni aradan qaldırmaq üçün məhkəmədən qadağanedici qərar (injunction) tələb edilə bilər.

Həsən Hüseynov
Diaspora.TV

Şərhlər

Yaz...