Tarix: 10.09.2024 / 08:40
 Bu xaricdə yaşayan azərbaycanlı alimlərin ölkəmizlə əlaqələrinə müsbət təsirini göstərəcək    - Deputat

Bu xaricdə yaşayan azərbaycanlı alimlərin ölkəmizlə əlaqələrinə müsbət təsirini göstərəcək - Deputat

“Bu gün Azərbaycanda öz işinə başlayan Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin Forumunun böyük əhəmiyyəti var”.

Bu sözləri Diaspora.TV-yə Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib. Deputat bu gün dünyanın bir sıra universitetlərində çoxlu sayda azərbaycanlı alimlərin fəaliyyət göstərdiyini vurğulayıb:

“Xarici universitetlərdə kifayət qədər çalışan və uğur qazanan alimlərimiz var. Hesab edirəm ki, belə forumların keçirilməsi çox önəmlidir. Bu Azərbaycanda yaşayan insanların həmin alimləri tanıması, eyni zamanda bu şəxslərin əməyinin dövlət tərəfindən qiymətləndirilməsi, onlara dəyər verilməsi baxımından da önəmlidir. Bu mənada forumun keçirilməsi yüksək qiymətləndirilib və alqışlanmalıdır”.
Ceyhun Məmmədov gələcəkdə belə tədbirlərin sayının çoxaldılmasını tövsiyə edib:
“Bu xaricdə yaşayan azərbaycanlı alimlərin ölkəmizlə əlaqələrinə müsbət təsirini göstərəcək və prosesə öz töhfəsini verəcək. Odur ki, biz bunu hər zaman diqqətdə saxlamalıyıq və bu istiqamətdə davamlı olaraq addımlarımızı atıb hədəflərimizə doğru irəliləməliyik”.

Jalə
Diaspora.TV

Şərhlər

Yaz...