Tarix: 10.09.2024 / 17:17
 Bu tədbir onların Azərbaycan adını yüksəltməsinə töhvə verəcək    - Aydın Mirzəzadə

Bu tədbir onların Azərbaycan adını yüksəltməsinə töhvə verəcək - Aydın Mirzəzadə

“Dünyanın bütün aparıcı universitetlərində demək olar ki, xaricdə yaşayan, elmlə məşğul azərbaycanlı alimlər çalışır”.

Bu sözləri Diaspora.TV-yə deputat Aydın Mirzəzadə deyib. Deputat hesab edir ki, onlar həm yaşadıqları ölkənin elminin, təhsilin inkişafına töhfə verirlər, həm də Azərbaycanı orada layiqincə təmsil edirlər:

“Bu gün azərbaycanlı alimlərin içərisində xaricdə rektor, prorektor, laboratoriya rəhbəri, məqalələri nüfuzlu elmi jurnallarda səbirsizliklə gözləyən soydaşlarımız kifayət qədərdi. İlk dəfə olaraq Bakıda xaricdə yaşayan azərbaycanlı alimlərin tədbiri keçirilir. 23 ölkədən 80-dən çox azərbaycanlı alimin bu tədbirə qatılması onların Azərbaycana bağlılığını, Azərbaycan adını yüksəltməsinə öz töhvəsini verəcək”.

A.Mirzəzadə belə tədbirlərin keçirilməsini Azərbaycanın xaricdəki elmi mərkəzlər arasında əlaqələrin güclənməsinə xidmət etdiyini önə çəkib:

“Hesab edirəm ki, belə tədbirlərin tez-tez keçirilməsi Azərbaycanın dünyada tanıdılmasında, Azərbaycan alimlərinin elmi yeniliklərin əldə edilməsində rolunun artmasına gətirib çıxardacaq”.

Jalə
Diaspora.TV

Şərhlər

Yaz...