Tarix: 22.05.2024 / 20:56
Bu tədbir Danimarkada bir ilk idi... – Foto/Video

Bu tədbir Danimarkada bir ilk idi...– Foto/Video

“Azərbaycanın İsveç Krallığındakı səfiri Zaur Əhmədovun təşəbbüsü ilə Danimarkada möhtəşəm tədbir keçirildi. Baxmayaraq ki, 24 ildir xaricdə yaşayırıq, etiraf edim ki, belə tədbir bizim üçün bir ilk idi”.

Bu sözləri Diaspora.TV-yə açıqlamasında Danimarka Azərbaycan Birliyi Cəmiyyətinin rəhbəri, Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun İdarə Heyətinin üzvü Anaxanım Hüseynova deyib.


A.Hüseynova bildirib ki, tədbirdə bir çox ölkələrin diplomatları, iş adamları, səfirlər və diaspor nümayəndələri iştirak edib:

“Tədbir böyük ruh yüksəkliyi ilə keçdi. Ölkəmiz adına qürurverici tədbirə görə cənab səfirə Danimarkada yaşayan azərbaycanlılar adından təşəkkürümüzü bildiririk. Deyirlər ki, musiqinin dili olmaz, həqiqətən də, musiqinin dili yoxdur. Bu tədbirdə Əməkdar artist, dünyaca məhşur caz ifaçısı, bəstəkar-pianoçu Emil Afrasiyabın “Emil Afrasiyab və dostları” adlı caz trio qrupu çıxış edirdi. Qrupda zərb alətləri üzrə Əməkdar artist İsgəndər Ələsgərov, bas gitara alətl üzrə Elvin Nəbiyev təmsil olunurdu. Emil Əfrasiyabın 12 musiqi nömrə ilə solo cıxışı yenə də hamını heyran qoydu. Müəllifi olduğu “Nueva”, “Fantaziya”, “Parafraz” kompazisiyasını xüsusilə qeyd etmək istərdim. Kompazisiyalar Şərq-Qərb sintezinin ən maraqlı nümunələrindən biri idi”.


A.Hüseynova qeyd edib ki, Danimarkada mili musiqi intonasiyaları ilə Avropa musiqisinin birlikdə səsləndirilməsi tədbir iştirakçıları tərəfindən coşqu ilə alqışlanıb:

“Tədbir dinləyicilər tərəfindən ayaq üstə alqışlarla qarşılandı. Onlar gecədən xoş təəssüratlarla ayrıldılar. Emil Əfrasiyab bir daha öz kompazisiyaları ilə xalqımızın incə zövqünü məharətlə nümayiş etdirdi. İnanıram ki, bu tədbirin xoş təəssüratı uzun müddət iştirakçıların yaddaşında dərin iz buraxacaq”.

Xəyalə Zöhrab
Diaspora.TV


Şərhlər

Yaz...