Tarix: 07.08.2024 / 08:05
Bu şüarçılıqdan başqa bir şey deyil  - Tofiq Abbasov

Bu şüarçılıqdan başqa bir şey deyil - Tofiq Abbasov

“Birləşmək özünəməxsus bir şüardır. Ümumiyyətlə, heç bir millətin sıralarında belə bir söz yoxdur ki, gəlin birləşək. İnsanları bir-birinə birləşdirən ümumi məqsəd olur”.

Bu sözləri Diaspora.TV-yə açıqlamasında politoloq Tofiq Abbasov Azərbaycan diasporunun birləşə bilməməsi səbəblərindən danışarkən deyib. Onun sözlərinə görə, söhbət həqiqətən də müqəddəs amallar uğrunda mücadilədən gedirsə, insanlar şərtsiz, qeydsiz birləşirlər:

“Çünki onları bir yerə toplayan, onların əzmini, mübarizliyini bir nöqtədə kəsişdirən bu istəklərdir. Tarixdə hər xalqın keçmişində olan bir hadisələrdir. Məsələn, yadellilər gələndə, müqəddəs torpağa çirkin ayaqlarını qoyanda, insanlar danışmadan da bir araya gəlirlər”.

Politoloq hesab edir ki, adi vaxtlarda birləşməyi təsəvvür etmək mümkün deyil:

“Çünki bu şüarçılıqdan başqa bir şey deyil. Onsuz da cəmiyyət arasında müxtəlif qrupların özlərinin korporativ maraqları olur. Alimlər, tədqiqatçılar qeyd-şərtsiz bir araya gəlir və hər hansı bir istiqamətdə özlərinin sözünü desinlər, kəşflərini etsinlər. Biz ən öndə gedən nümayəndələrimizlə, özlərini təsdiqləmiş həmyerlilərimizlə bağlı istənilən sahədə olan adamlarımızla öyünürük. Mən xaricdə olanda deyiblər ki, sizin üçün azərbaycanlı obrazını kim canlandırır? Azad Mirzəcanzadə, Lütfüzadə, Fikrət Əmirov, Müslüm Maqamayev və başqaları Azərbaycan incəsənətinə, elminə, xalqına xidmət edən adamların adlarında birləşdirici funksiya var”.

Politoloq vurğulayıb ki, İkinci Qarabağ müharibəsi zamanı Azərbaycan xalqının birləşməsi bütün dünyaya sübutdur:

“İranın rəsmi hökümətinin mövqeyi bir qədər fərqli idi. Amma bizim həmyerlilərimiz hücumumuzu Araz çayının o tərəfində də alqışlayırdılar”.

Jalə
Diaspora.TV

Şərhlər

Yaz...