Tarix: 26.08.2024 / 15:07
Bu seçki tərəfimizdən də çox diqqətlə izlənilir...  - Türkiyədə yaşayan soydaşımız

Bu seçki tərəfimizdən də çox diqqətlə izlənilir... - Türkiyədə yaşayan soydaşımız

“Sentyabrın 1-də keçiriləcək parlament seçkiləri xaricdə yaşayan azərbaycanlılar üçün çox mühüm hadisədir. Qarabağın işğaldan azad edilməsindən sonra keçiriləcək bu seçki bizim tərəfimizdən də çox diqqətlə izlənilir”.

Diaspora.TV xəbər verir ki, bu fikirləri “Seçki 2024” Müstəqil Media Mərkəzinə açıqlamasında Türkiyədə yaşayan soydaşımız, hüquqşünas Arzuman Azaflı deyib.

O xatırladıb ki, Azərbaycan müstəqilliyini əldə etdikdən sonra ilk dəfə olaraq ölkənin bütün ərazilərini əhatə edən parlament seçkilər keçirir:

“Azərbaycan ərazilərinin bir hissəsi təxminən 30 il Ermənistanın işğalı altında olub. Bu səbəbdən Azərbaycan həmin bölgələrdə seçki keçirə bilmirdi. Ərazisindən didərgin düşən Azərbaycan xalqı öz doğma torpaqlarında səs verə bilmirdi. Uzun illərdən sonra müstəqil Azərbaycan dövləti ilk dəfə olaraq Şuşada, Xankəndidə və bütün digər ərazilərdə tam şəkildə seçkilər keçirir. Bu hal xaricdə yaşayan azərbaycanlılar olaraq bizim üçün qürurdur. Əminik ki, müstəqil Azərbaycan dövlətinin Milli Məclisi bu seçkilərdən sonra Azərbaycan naminə yeni nailiyyətlərə imza atacaq. Seçkilərin xalqımıza və dövlətimizə xeyirli olacağına inanırıq”.

Şərhlər

Yaz...