Tarix: 14.08.2024 / 09:30
“Bu qələbəmi Azərbaycana və azərbaycanlılara təqdim edirəm”  - Güneyli alpinist

“Bu qələbəmi Azərbaycana və azərbaycanlılara təqdim edirəm” - Güneyli alpinist

Təbrizli alpinist Səid Mirzayi Himalayda 8611 metr hündürlüklə dünyanın ikinci ən yüksək və ən təhlükəli qülləsi olan “K2” zirvəsinə dırmanıb.

Diaspora.TV xəbər verir ki, bu barədə GADTB-nin Mətbuat Mərkəzi məlumat yayıb.

Azərbaycanlı alpinist bununla bağlı paylaşım edərək yazıb:

“Bu qələbəmi Azərbaycana və azərbaycanlılara təqdim edirəm”.

Səid Mirzayi dünyanın 7000 metrdən yüksək 6 zirvəsinə qalxdığı üçün beynəlxalq “Qar Qaplanı” tituluna layiq görülüb.



O, bundan əvvəl Pamir və Tanrı dağı (Tiyanşan) dağlarında 7000 metrlik zirvələrə qalxmağı tamamladığına görə, Rusiya Dağçılıq Federasiyası tərəfindən də mükafatlandırılıb.

“Qar Qaplanı” titulu Pamir və Tanrı dağlarında olan 7000 metrlik 5 zirvəyə qalxan alpinistlərə verilən beynəlxalq idman adıdır.


Şərhlər

Yaz...