Tarix: 30.07.2024 / 08:20
Bu qədər milli hədəfləri olan millətin həqiqi diaspora ciddi ehtiyacı var   - Politoloq

Bu qədər milli hədəfləri olan millətin həqiqi diaspora ciddi ehtiyacı var - Politoloq

“Azərbaycan dövlətinin gələcəyə yönəli xarici siyasət fəaliyyətinin əsas istiqamətlərindən biri də Diaspora ilə Milli və Dövləti maraqları ehtiva edən bir strategiyanın qurulmasıdır”.

Bu sözləri Diaspora.TV-yə politoloq Qələndər Muxtarlı bildirib. Onun fikirincə, Azərbaycan elə dövlətlərdəndir ki, onun geosiyasi əhəmiyyəti günü-gündən artır və dünyanın qlobal güclərinin strateji maraq dairəsinə daha yaxından daxil olur:

“Azərbaycan formalaşmaqda olan Yeni Dünya Düzənində hər tərəfə genişlənmək imkanı olan çox nadir dövlətlərdən biridir. İndi dünyada adətən parçalanan, bölünən dövlətlərdən danışırlar. Amma hər yönə genişlənən dövlət varsa onun birincisi elə Azərbaycandır”.

Qələndər Muxtarlı hesab edir ki, bu qədər milli hədəfləri olan bir millətin həqiqi bir diaspora təşkilatına, parlamentdə Diaspora Komitənin yaranmasına ciddi ehtiyacı var:

“Xüsusən Türk Dövlətlərinin və yaxın əqraba xalqlarının diasporalarının qarşılıqlı, koordinasiyalı fəaliyyətinin yaranması kimi bir məsələ də bu problemin nə qədər aktual olduğunu göstərir”.

Jalə
Diaspora.TV

Şərhlər

Yaz...