Tarix: 07.08.2024 / 18:50
Bu prosesdə diasporun da rolundan istifadə etmək olar   - Ekspert

Bu prosesdə diasporun da rolundan istifadə etmək olar - Ekspert

“Hesab edirəm ki, Azərbaycan brendinin xarici dövlətlərdə tanıdılmasından əvvəl brendin özü yaradılmalıdır”.

Bu sözləri Diaspora.TV-yə iqtisadçı ekspert Eyyub Kərimli deyib. Ekspert əlavə edib ki, buna Azərbaycanın həm özəl sektoru, həm müvafiq iqtisadi sektor hazır olmalıdır:

“Brend yaratmaq həm də rəqabətliliyi özündə təmin edir. Bu gün Azərbaycanın hansısa məhsulu xaricdə rəqabətliliyini təmin etmək üçün müxtəlif internet platfornalarından istifadə edilməlidir. Digər tərəfdən həm də keyfiyyət təmin olunmalıdır”.

E.Kərimlinin fikirincə, bütün bunlardan sonra Azərbaycan brendini müxtəlif üsullarla tanıdılmasını həyata keçirmək olar:

“Sərgilər əsas üsullardan biri ola bilər. Əlbəttə ki, bu prosesdə diasporanın da rolundan istifadə etmək olar. Amma ilk olaraq Azərbaycandan kənara çıxacaq məhsulların keyfiyyəti təmin edilməlidir”.

Jalə
Diaspora.TV

Şərhlər

Yaz...