Tarix: 10.06.2024 / 15:18
Bu prosesdə biz çox gecikirik   - ETİRAF

Bu prosesdə biz çox gecikirik - ETİRAF

“Müxtəlif dillərdə qısametrajlı filmlərin çəkilib beynəlxalq müsabiqələrdə təqdim olunması prosesində biz çox geçikirik”.

Bu sözləri Diaspora.TV-yə açıqlamasında Xalq artisti Yasin Qarayev deyib.

Aktyor bunun çox vacib bir məsələ və lazımlı proses olduğunu bildirib:

“Amma belə bir məsəl var, "Gec olar, güc olar" deyiblər. Təki təşşəbbüs göstərməyə gecikməyək”.

Aktyor təklif edir ki, müxtəlif dillərdə monotamaşalar da hazırlamaq olar:

“Teatrlarda monotamasaların hazırlanmasıdır. Gənc Tamaşaçılar Teatının aktyorları Şövqi Hüseynov, Kəmalə Müzəffər və Zemfira Əbdülsəmədovanın oynadıqları müxtəlif janrlı monotamaşalar dünyanın bir çöx ölkələrində uğurla nümayiş olunur. Bunlar davam etməlidir”.

Jalə
Diaspora.TV

Şərhlər

Yaz...