Tarix: 21.10.2024 / 13:20
Bu namizədlərə səs verin - "Borçalı Cəmiyyəti"     bəyanat yaydı

Bu namizədlərə səs verin - "Borçalı Cəmiyyəti" bəyanat yaydı

26 oktyabrda Gürcüstanda keçiriləcək parlament seçkilərində 13 soydaşımız iştirak edir. Onlara dəstək məqsədilə Azərbaycanda fəaliyyət göstərən "Borçalı Cəmiyyəti" İctimai Birliyi sosial şəbəkə hesabında bəyanat yayıb.

Diaspora.TV sözügedən bəyanatı olduğu kimi təqdim edir:

- "Borçalı Cəmiyyəti" İctimai Birliyi Azərbaycan və Gürcüstan dövlətləri arasındakı dostluq, mehriban qonşuluq münasibətlərini alqışlayaraq Azərbaycan və Gürcü xalqlarının hər bir sahədə qarşılıqlı əlaqələrinin inkişaf etdirilməsini dəstəkləyir. "Borçalı Cəmiyyəti" İB olaraq əsas məqsədimiz Gürcüstan-Azərbaycan və eyni zamanda, Borçalı türkləri ilə gürcü xalqlarının dostluğunun daha da möhkəmlənməsinə ictimaiyyətin geniş təbəqələrini səfərbər etməkdən ibarətdir.

Bildiymiz kimi, Gürcüstan Respublikasında 2024-ci il 26 oktyabr tarixində parlament seçkiləri keçriləcək. "Borçalı Cəmiyyəti" İB heç bir dövlətin daxili və xarici siyasətinə qarışmağı qarşısına məqsəd qoymadığı üçün bu seçkidə soydaşlarımıza tövsiyə olaraq bildirmək istəyir ki, səs verərkən 1992 - 2024-cü illər ərzində iqtidarda olan partiyaların gördüyü işləri nəzərə alaraq:

- soydaşlarımız seçki prosesində fəal olsunlar, öz seçici hüquqlarından istifadə etsinlər;

- seçki prosesində və seçkidən sonra Gürcüstan Respublikasının qanunları çərçivəsində hərəkət etsinlər;

- dilimizin, dinimizin, təhsilimizin və mədəniyyətimizin inkişafına sözdə yox, əməli işlə səy göstərənlərə, səslərini Gürcüstan Respublikasının azad, demokratik inkişafına, ərazi bütövlüyünün bərpasına, Gürcüstan- Azərbaycan dostluğuna xidmət edəcək namizədlərə versinlər.

Xəyalə Zöhrab
Diaspora.TV




Şərhlər

Yaz...