Ukraynanın Təhsil və Elm Nazirliyi məktəblərdə tənəffüs zamanı belə, müəllimlərin və şadirdlərin rus dilindən istifadəsini qadağan edən qanun layihəsini dəstəkləyib.
Diaspora.TV xəbər verir ki, bu barədə təhsil və elm naziri Oksen Lesnoy bildirib.
Nazir qeyd edib ki, Ukrayna dilinin qorunması ilə bağlı qərar qəbul olunarkən Avropa İttifaqının milli icmalarının dillərini də nəzərə almaq lazımdır.
“Bu, əlbəttə ki, təcavüzkar ölkənin - Rusiyanın dilinə aid deyil” - deyə Oksen Lesnoy bildirib.