Tarix: 12.06.2024 / 20:46
Bu kino ki, var…   - Azərbaycanı tanıtmaq üçün böyük vasitədir

Bu kino ki, var… - Azərbaycanı tanıtmaq üçün böyük vasitədir

"Xarici ölkələrdə kinolarımızın nümayişi üçün konsepsiya olmalıdır”.

Bu sözləri Diaspora.TV-yə açıqlamasında aktirisa Xalidə Quliyeva deyib. Aktrisa bu konsepsiyanın yüksək səviyyədə təşkil olunmasının vacibliyini qeyd edib:

“Heç vaxt heç nə gec deyil, hətta başlamaq lazımdır. Kino festivallarını təşkil edən şirkətlər var. Onlarla əlaqə qurub təşkilatlarına üzv olmaq lazımdır. Lazım gələrsə şirkətə maddi vəsait ödəmək lazımdır ki, tədbirlərlə bağlı məlumat versinlər: “Ay Azərbaycan, sənin nə qısametrajlı, ya bədii filmin var, təqdim edin, festivalda nümayiş etdirək”. Bu bildirişin gəlməsi vacibdir. Yəni həmin filmləri festivallara biz aparmalı deyilik. Bunlar dövlət səviyyəsində təşkil olunmalıdir”.

X.Quliyeva hesab edir ki, bu işlərə Mədəniyyət Nazirliyi cavabdehdir:

“Əsas odur ki, bu işlərə başlanılsın. Bu da bir arzu, bir yoldur. Ümid edirik ki, hər şey yaxşı olacaq. Kino incəsənət növləri arasında ən böyük təsir və təbliğ vasitəsidir”.

Xalq artisti Azərbaycanın millət, dövlət kimi tanıtmaq üçün, çoğrafiyamıza bələd olmaq üçün kinonun böyük vasitə olduğunu vurğulayıb:

“Bundan bütün dünyada istifadə etmək lazımdır. Necə ki, bütün dünya bundan istifadə edir. Biz də bu siyahıda olmalıyıq”.

Jalə
Diaspora.TV

Şərhlər

Yaz...