“Diaspor fəallarının ən böyük qiyməti onun ana Azərbaycanla daima əlaqədə olmasıdır”.
Bu sözləri Diaspora.TV-yə açıqlamasında Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib. Onun sözlərinə görə, xaricdə yaşayan azərbaycanlılar ana vətənlə əlaqələrinə yüksək önəm verirlər:
“Bu istiqamətdə Diasporla İş üzrə Dövlət Komitəsi böyük iş aparır. Yay düşərgələrinin təşkili, xarici ölkələrdə yaşayan azərbaycanlı gənclərin vətənlə tanışlıq mexanizminin daima təkmilləşdirilməsi və s. bu istiqamətdən olan məsələlərdəndir”.
A.Mirzəzadə qeyd edib ki, Azərbaycan diaspor münasibətləri daima yüksək səviyyədə olacaq.
Jalə
Diaspora.TV