Tarix: 16.09.2024 / 13:20
Bu iş azərbaycanlıları səfərbər etməyi bacaran şəxslərlə qurulmalıdır    - Politoloq

Bu iş azərbaycanlıları səfərbər etməyi bacaran şəxslərlə qurulmalıdır - Politoloq

“Diasporlar dünyada gedən qlobal proseslər, geosiyasi hadisələr fonunda, baş verən dəyişikliklər nəticəsində siyasi alətə çevrilməməlidir. Onlar yaşadıqları ölkələrin ictimai-siyasi və mədəni sistemlərinə inteqrasiya etməli və həmin dövlətlərin siyasi qərarlarına təsir imkanları əldə etməlidirlər, nüfuz sahibi olmalıdırlar”.

Bu sözləri Diaspora.TV-yə politoloq Bəkir Həsənbəyli deyib. O bildirib ki, diaspor könüllü fəaliyyətdir, ictimai xarakter daşıyır:

“Milli diaspor şüuruna malik şəxslərin müəyyən edilməsi yeni nəsil azərbaycanlıların, gənclərin bu istiqamətdə maarifləndirilməsi, onların vətənlə əlaqələrini gücləndirmək çox önəmlidir. Diaspor fəaliyyətində başlıca məqsəd mənsub olduğu etnik azlığın mədəniyyətini, dilini qoruyub saxlamaqdan ibarət olmalıdır”.

Politoloq əlavə edib ki, siyasi milli maraqların qorunmasında həssaslıq nümayiş etdirə biləcək şəxslərin diaspor potensialından düzgün istifadə edilməlidir:

“Vahid dövlət siyasətinin prioritet məqsədlərini, eyni zamanda xaricdə yaşayan azərbaycanlılarda milli özünüdərki gücləndirmək və onları milli mənafelər naminə səfərbər etməyi bacaran şəxslərlə bu iş qurulmalıdır”.

Jalə
Diaspora.TV

Şərhlər

Yaz...