Tarix: 04.06.2024 / 10:34
Bu hücum qardaşlığımızı pozmayacaq!   - AÇIQLAMA

Bu hücum qardaşlığımızı pozmayacaq! - AÇIQLAMA

“Türkiyə Respublikasında fəaliyyət göstərən Azərbaycan sərmayəli şirkətlər və Azərbaycan əsilli iş adamları tərəfindən yaradılan birliyimiz Azərbaycan Respublikasının və bütün dünya azərbaycanlılarının göz bəbəyi olan SOCAR şirkətini gözdən salmaq üçün edilən qondarma hücumu və cəhdləri qəti şəkildə pisləyirik”.

Diaspora.TV xəbər verir ki, bu açıqlama ilə Türkiyədəki Azərbaycanlı İş Adamları Dərnəyi çıxış edib.

“İndiyədək Türkiyə Respublikasına ən böyük xarici sərmayə yatırmış şirkət kimi SOCAR Heydər Əliyevin “İki dövlət, bir millət” sözlərinin ən böyük iqtisadi və strateji dəstəkçisidir. İki qardaş ölkənin birliyinin ən mühüm simvollarından biri olan SOCAR Türkiyənin strateji maraqlarına töhfə verən meqa investisiyalar və sosial layihələr həyata keçirib”, - deyə açıqlamada bildirilir.

Qeyd olunur ki, hər iki ölkə üçün böyük dəyər verən SOCAR-a qarşı atılan bu böhtanlar Türkiyə-Azərbaycan münasibətlərini pozmaq məqsədi daşıyır:

“TAİB olaraq istər sosial mediada, istərsə də fiziki olaraq həyata keçirilən bütün hücumları ən sərt və açıq şəkildə qınayır və pisləyirik. Birliyimizin qurucu üzvlərindən olan SOCAR-la dərin həmrəylik hisslərimizi paylaşır və SOCAR-a qarşı bu hücumları bütün azərbaycanlılara və Türkiyədəki Azərbaycan iş dünyasına qarşı hücum kimi qiymətləndiririk”.

Şərhlər

Yaz...