Tarix: 08 Sentyabr 2024 18:30 | Baxış sayı: 450
Bu gün azərbaycanlıların yaşadığı əksər xarici ölkələrdə...    - Kino aktrisa

Bu gün azərbaycanlıların yaşadığı əksər xarici ölkələrdə... - Kino aktrisa

"Azərbaycan istehsalı olan həm bədii, həm də qısametrajlı filmlərin xarici ölkələrdə keçirilən beynəlxalq festivallarda iştirakını təmin etmək lazımdır".

Bu sözləri Diaspora.TV-yə kino aktrisa Rada Nəsibova deyib.

Aktrisa vurğulayıb ki, bu gün azərbaycanlıların yaşadığı əksər xarici ölkələrdə beynəlxalq kino festivalları keçirilir:

“Həmin festivalların təşkilatçıları ilə danışıqlar aparmaq olar. Danışıqlar nəticəsində Azərbaycan filmlərinin həmin festivallarda iştirakına zəmin yaratmaq olar. Bundan əlavə, xarici ölkələrdə kinotearlar var, onların rəhbərləri ilə danışıb Azərbaycan filmlərinin orada nümayişinə nail olmaq olar. Həmin filmlər mütləq dublyaj olunmalıdır”.

R.Nəsibova hesab edir ki, Azərbaycan filmlərinin xarici ölkələrdə yayımının yolları çoxdur:

“Bunu ancaq iş adamları ilə danışmaq lazımdır”.

Jalə
Diaspora.TV

Şərhlər

Yaz...

Sünik koridoru İranı cəhənnəmə    aparır
Video Qalereya, Cənub vaxtı

Sünik koridoru İranı cəhənnəmə aparır