Tarix: 07 Oktyabr 2024 08:25 | Baxış sayı: 317
 Bu Fərman xaricdə yaşayan azərbaycanlılara əhəmiyyətli imkanlar yaradacaq   - Araşdırmaçı

Bu Fərman xaricdə yaşayan azərbaycanlılara əhəmiyyətli imkanlar yaradacaq - Araşdırmaçı

“Azərbaycan Prezidentinin Mənəvi Dəyərlərin Təbliği Fondunun Nizamnaməsində dəyişiklik edilməsi ilə bağlı imzaladığı Fərman xaricdə yaşayan azərbaycanlılara əhəmiyyətli imkanlar yaradacaq”.

Bu sözləri Diaspora.TV-yə açıqlamasında araşadırmaçı jurnalist Rəsul Mirhəşimli Prezident İlham Əliyevin “Mənəvi Dəyərlərin Təbliği Fondunun Nizamnaməsi”nə dəyişiklik edilməsi ilə bağlı Fərmanını şərh edərkən deyib. Onun sözlərinə görə, bu dəyişikliklərin əsas məqsədi soydaşlarımızın dini etiqad sahəsində maarifləndirmə işini gücləndirmək, onların mənəvi dəyərlərini qorumaq və inkişaf etdirməkdir.

“Bu Fərmandan irəli gələn tədbirlər çərçivəsində Azərbaycanın rəsmi qurumları xaricdə yaşayan soydaşlarımız üçün müxtəlif dini maarifləndirmə proqramları həyata keçirə bilər. Xaricdə yaşayan azərbaycanlılar üçün dini maarifləndirmə kursları və seminarların təşkil olunması, dini biliklərin artırılması məqsədilə müvafiq resursların təmin edilməsi bu proqramların gündəliyinə daxil edilərək, soydaşlarımızı bu işlərə cəlb etmək mümkündür”, - deyə o, əlavə edib.

R.Mirhəşimli vurğulayıb ki, Azərbaycan Prezidentinin imzaladığı bu Fərman milli-mənəvi dəyərlərin qorunması baxımından mühüm əhəmiyyət kəsb edir:

“Xaricdə yaşayan həmyerlilərilərimizlə birgə Azərbaycanın mədəni və dini irsinin təbliği, gənc nəsil arasında milli kimliyin və mənəvi dəyərlərin qorunması üçün layihələrin həyata keçirilməsi həm soydaşlarımızın bir araya gəlməsi, həm də dəyərlərimizin ölkə hüdudlarından kənarda təbliği üçün əhəmiyyətli olar”.

Rəsul Mirhəşimli əlavə edib ki, dövlət-din münasibətləri sahəsində məqsədli proqramların hazırlanması, bu sahədəki fəaliyyətin daha səmərəli təşkil edilməsini də görüləcək işlər siyahısına daxil etmək mümkündür:

“Xaricdə, xüsusilə Avropada İslamofobiyanın tüğyan etdiyi zamanda xaricdə yaşayan azərbaycanlıların dini etiqad azadlığının təmin olunması üçün müvafiq qurumlarla əməkdaşlıq, müxtəlif ölkələrdə yaşayan vətəndaşlarımızın dini etiqat hüquqlarının qorunması sahəsində fəaliyyəti genişləndirmək lazımdır”, - deyə o, bildirib.

Jurnalist həmçinin qeyd edib ki, sosial layihələrin dəstəklənməsi, müxtəlif dini icmaların fəaliyyətinin stimullaşdırılması, yerli cəmiyyətlə inteqrasiya prosesinin gücləndirilməsi ilə xaricdə yaşayan həmyerlilərimizi daha aktiv şəkildə səfərbər etmək mümkündür:

“Xaricdə yaşayan azərbaycanlıların bir-biri ilə əlaqələrini gücləndirmək, onların arasında mədəniyyət mübadiləsini təşviq etməklə ardıcıl işlər həyata keçirilməlidir. Bu da xaricdəki soydaşlarımız üçün yaşadıqları ölkələrdə sosial həyata inteqrasiya etmələri üçün imkanlar yarada bilər. Bu imkanlar xaricdə yaşayan azərbaycanlıların cəmiyyətdə daha aktiv iştirak etmələrini, öz dini və mədəni kimliklərini qorumaqla yanaşı, dövlətlə olan əlaqələrini də gücləndirəcək. Nəticədə bu tədbirlər onların birliyini artıracaq, mədəniyyətimizi dünyada daha geniş təbliğ etməyə imkan verəcək”.

Qeyd edək ki, Prezident İlham Əliyev “Mənəvi Dəyərlərin Təbliği Fondunun Nizamnaməsi”nə dəyişiklik edilməsi ilə bağlı Fərman imzalayıb. Dəyişikliyə əsasən, Nizamnamənin 2.1-ci bəndinə “vətəndaşların” sözündən sonra “və xaricdə yaşayan azərbaycanlıların” sözləri əlavə edilib.

Jalə
Diaspora.TV

Şərhlər

Yaz...

Diaspora xəbər - VİDEO TƏQDİMAT -    30.10.2024
Diaspor, Video Qalereya, Diaspora Xəbər

Diaspora xəbər - VİDEO TƏQDİMAT - 30.10.2024

Diaspora xəbər - VİDEO TƏQDİMAT -    29.10.2024
Diaspor, Video Qalereya, Diaspora Xəbər

Diaspora xəbər - VİDEO TƏQDİMAT - 29.10.2024

Diaspora xəbər - VİDEO TƏQDİMAT -    31.10.2024
Diaspor, Video Qalereya, Diaspora Xəbər

Diaspora xəbər - VİDEO TƏQDİMAT - 31.10.2024

Diaspora xəbər - VİDEO TƏQDİMAT   - 28.10.2024
Diaspor, Video Qalereya, Diaspora Xəbər

Diaspora xəbər - VİDEO TƏQDİMAT - 28.10.2024

Diaspora xəbər - VİDEO TƏQDİMAT -    01.11.2024
Diaspor, Video Qalereya, Diaspora Xəbər

Diaspora xəbər - VİDEO TƏQDİMAT - 01.11.2024

“Azərbaycan dili” -    25-ci dərs
Diaspor, Dərs saatı, Video Qalereya

“Azərbaycan dili” - 25-ci dərs