“Hesab edirəm ki, Qarabağın bərpasında dövlət hər bir imkandan bəhrələnməlidir və istifadə etməlidir”.
Bu sözləri Diaspora.TV-yə açıqlamasında iqtisadçı ekspert Eyyub Kərimli deyib. Ekspert bunun cəmiyyətdə yaxşı bir təcrübə olacağını düşünür:
“Bu əsli Qarabağdan olanlar üçün gözəl bir şansdır. Hesab edirəm ki, əsli Qarabağdan deyil, xaricdə və ölkə daxilində digər imkanlı şəxslər, yəni Qarabağda yaşamaq, özünə əmlak, mülk almaq istəyənləri də bura cəlb etmək olar. Bu yaxşı bir nəticə verər. Həm dövlətin yükü azalar, digər tərəfdən məskunlaşmanın sürətlənməsinə öz təsirini göstərə bilər”.
E.Kərimli bunun gələcəkdə Qarabağda turizm potensialının güclənməsinə səbəb ola biləcəyini qeyd edib:
“Məskunlaşma sürətləndikcə iqtisadiyyat da inkişaf edəcək. Yeni iş yerlərinin açılmasına, biznes strukturlarının formalaşmasına, inkişafına müsbət təsir göstərəcək. Bu baxımdan, əlbəttə, əslən Qarabağdan olan imkanlı şəxslərin torpaqlarının bərpasında öz vəsaitlərindən istifadəsi sözsüz ki, bölgənin daha tez inkişaf etməsinə şərait yaradar”.
Jalə
Diaspora.TV