Tarix: 19.08.2024 / 10:35
Bu cəmiyyətə heç bir ciddi töhfə vermir   - Sosioloq

Bu cəmiyyətə heç bir ciddi töhfə vermir - Sosioloq

“İnzibati, siyasi bir üsulla dini idarələrə rəhbərlərin təyin edilməsi sadəcə formal olaraq dini rəhbərlik statusu verir”.

Bu sözləri Diaspora.TV-yə sosioloq Elçin Bayramlı deyib.

O bildirib ki, hazırda Azərbaycanın şəhər və rayonlarında da dini nümayəndələr var:

“Axundlar dini idarələrin nümayəndəsi sayılır. Müəyyən dini və ictimai tədbirlərdə iştirak edirlər. Bunların hər biri müsbət haldır. Hesab edirəm ki, bu cəmiyyətdə düzgün, sağlam, dinin formalaşmasına heç bir ciddi töhfə vermir. Məsələn, elə Türkiyə təcrübəsində görürük ki, orada 100 minlərlə din xadimləri var ki, dövlətdən maaş alıb fəaliyyət göstərir. Amma dünyada ən çox parçalanmış cəmiyyət Türkiyədir. Dini baxımdan 84-ə yaxın təriqət var ki, hər biri öz bildiyini din kimi təqdim edir, Qurani-Kərimə əsaslanmır, guya üzdə əsaslanır, Türkiyədə din xadimlərinin özləri heç cür Qurani-Kərimə əsaslanmırlar”.

Sosioloq bununla bağlı dini tədqiqatçıların faktları olduğunu söyləyib:

“Halbuki siyasi məqsədlərlə dindən istifadə edirlər, kütləni idarə etmək üçün Qurana zidd olan fəaliyyətlərlə məşğul olurlar. Bu gün informasiya əsridir, hər kəs öz mənbələrini tapıb araşdırır. Ən yaxşı yol Qurana əsaslanmaqdır. Orada nə qeyd olunbsa, onun əsasında yaşayıb, fəaliyyət göstərilməlidir. Bunun üçün hər hansı bir vasitəçiyə ehtiyac yoxdur”.

Jalə
Diaspora.TV

Şərhlər

Yaz...