Tarix: 22.11.2024 / 19:40
"Bu, azərbaycanlı tələbələrə qarşı böhtan idi" -    Elnur Hüseynov

"Bu, azərbaycanlı tələbələrə qarşı böhtan idi" - Elnur Hüseynov

“Deyə bilərəm ki, haqq-ədalət zəfər çaldı. Bu vəziyyət əvvəldən azərbaycanlı tələbələrə qarşı böhtan idi. Bir sıra ermənipərəst saytların niyə bu yalanı yaymağa başladığı aydındır. Şadam ki, hüquq-mühafizə orqanları bu vəziyyəti yoluna qoyub. Tələbələr “Yaşasın Azərbaycan!” şüarını səsləndirdiklərinə görə heç bir problemlə üzləşməyəcəklər”.

Bu sözləri Diaspora.TV-yə Rusiya Azərbaycanlıları Birliyinin vitse-prezidenti Elnur Hüseynov deyib.

“Qeyd edim ki, Azərbaycanəsilli Rusiya vətəndaşlarına qarşı belə hallar yolverilməzdir. Həmçinin, xəbər saytlarından və ictimai səhifələrdən təxribat xarakterli məlumatların silinməsi ilə bağlı Roskomnadzor və Baş Prokurorluğa etdiyimiz müraciətə cavab gözləyirik. Rusiya Azərbaycanlıları Birliyi bu məsələni öz nəzarətində saxlayır. Rusiya çoxmillətli ölkədir, bu çətin günlərdə birliyi və sabitliyi qorumaq lazımdır”, - deyə o vurğulayıb.

Xatırladaq ki, Rusiya hökuməti yanında Moskva Maliyyə-Hüquq Universitetində “Mənim Vətənim: Böyük və Kiçik” adlı tələbə festivalı keçirilib.

Tədbir çərçivəsində universitetin Azərbaycan klubuna dəstək məqsədilə digər universitetlərin tələbələri - Azərbaycan diasporunun nümayəndələri də onlara qoşulub. Azərbaycanlı gənclər ana dilimizdə “Yaşasın Azərbaycan!” şüarını səsləndirməyə başlayıblar. Daha sonra azərbaycanlı tələbələrin təhrif edilmiş səsli videosu yayımlanmağa başlayıb.

Şərhlər

Ramil Tağılı

Eşq olsun Elnur qardaşa

23.11.2024 / 18:36

Yaz...