FireLand Azərbaycanlılar Birliyinin təşkilatçılığı və Azərbaycanın Belçikadakı səfirliyinin dəstəyi ilə aprelin 28-də Brüssel şəhərində 28 May Respublika Gününə həsr olunmuş şahmat turniri keçirilib.
Tədbirdə qeyd edilib ki, şahmat dərslərində bugünə kimi 20-dən çox uşaq mütamadi iştirak edib və uşaqlarla dərslər 2 fərqli qruplarda aparılıb.
Qeyd edək ki, tədbirdə Belçika, Fransa və Niderlanddan 25 uşaq, həmçinin valideynlər qatılıb.
Uşaqlar arasında yarış 3 fərqli səviyyə üzrə qruplarda aparılıb. Bütün iştirakçılara sertifikat və medalyonlar, qaliblərə isə hədiyyələr təqdim olunub.