La-Manş boğazını qanunsuz keçən 12 miqrant ölüb, təxminən 50 miqrant Fransa hakimiyyəti tərəfindən xilas edilib.
Diaspora.TV xəbər verir ki, bu barədə Fransanın daxili işlər naziri Gerald Darmanin məlumat verib.
Darmanin X-də bildirib ki, 12 nəfər ölüb, iki nəfər itkin düşüb, bir neçə nəfər isə yaralanıb.