Tarix: 19.04.2024 / 15:02
Britaniyalı lord Azərbaycan-Britaniya əlaqələrindən danışıb

Britaniyalı lord Azərbaycan-Britaniya əlaqələrindən danışıb

Britaniyanın Lordlar Palatasının üzvü Qurban Hüseyn Azərbaycan-Böyük Britaniya əlaqələrindən danışıb.

Diaspora.TV AZƏRTAC-a istinadən xəbər verir ki, Q.Hüseyn iki ölkə arasındakı münasibətlərin yüksək səviyyədə inkişaf etdiyini, həmçinin bunun üçün potensial imkanlar olduğunu deyib.

"İki ölkə arasında münasibətlərin daha da yaxşılaşması üçün çoxlu imkanlar var. Hazırda Azərbaycanla Britaniya bərpa olunan enerji sahəsində də əməkdaşlıq edir. Ümid edirəm ki, Britaniya hökuməti Azərbaycanla daha da möhkəm əlaqələr quracaq",- deyə o qeyd edib.

Q.Hüseyn bu ilin noyabrında Azərbaycanın BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının 29-cu Tərəflər Konfransına (COP29) uğurla ev sahibliyi edəcəyinə əmin olduğunu da bildirib.

Şərhlər

Yaz...