Tarix: 05.08.2024 / 15:15
Britaniyada miqrantların olduğu oteli yandırmaq  istədilər

Britaniyada miqrantların olduğu oteli yandırmaq istədilər

İfrat sağçı fəallar İngiltərənin Cənubi Yorkşir əyalətinin Roterham şəhərində qeyri-qanuni miqrantların müvəqqəti saxlandığı oteli yandırmağa cəhd ediblər.

Diaspora.TV xarici mediaya istinadla xəbər verir ki,yüzlərlə iğtişaşçı otelin şüşələrini sındıraraq binanı mühasirəyə alan polis əməkdaşlarına daş, mebel və butulka atıblar.

Xatırladaq ki, Böyük Britaniyada iyulun 29-da Sautport şəhərində 17 yaşlı yeniyetmənin uşaq rəqsi üzrə master-klass iştirakçılarına bıçaqla hücumu, nəticədə üç nəfərin ölümü ilə nəticələnən kütləvi etiraz dalğası bürümüşdü. Sosial şəbəkələrdə və Britaniya mediasında şübhəlinin Ruandadan olan qaçqın olması ilə bağlı məlumatlar yayılıb. Bununla əlaqədar etirazçılar Britaniya hakimiyyətini ölkəyə nəzarətsiz immiqrasiyaya son qoymağa çağırıblar.

Böyük Britaniyanın müxtəlif şəhərlərində baş verən iğtişaşlar zamanı polis yüzlərlə insanı saxlayıb, onlarla asayiş keşikçisi yaralanıb, bir neçə mağaza, polis məntəqəsi və avtomobil yandırılıb. Fələstinə dəstək və ya irqçiliyə qarşı etiraz aksiyası iştirakçıları ilə fəallar arasında toqquşmalar da qeydə alınıb.

Xüsusi miqrasiya mərkəzlərində yer çatışmazlığı səbəbindən Britaniya hakimiyyəti qeyri-qanuni miqrantların sığınacaq üçün müraciətlərinə baxılarkən onları yerləşdirmək üçün otellərdən istifadə edir. Yerli medianın məlumatına görə, bu cür insanlara dəstək olmaq üçün hər il vergi ödəyicilərindən təxminən 4 milyard funt-sterlinq xərclənir.



Şərhlər

Yaz...