Tarix: 24 Oktyabr 2024 09:38 | Baxış sayı: 150
BRICS ölkələri COP29-un Azərbaycanda    keçirilməsini dəstəkləyib

BRICS ölkələri COP29-un Azərbaycanda keçirilməsini dəstəkləyib

BRICS üzvü olan ölkələrin dövlət başçıları COP29-un Bakıda keçirilməsini dəstəklədiklərini bildiriblər.

Diaspora.TV xəbər verir ki, BRICS sammitinin Yekun Bəyannaməsində COP29-un Bakıda uğurla keçirilməsinə sadiqlik ifadə olunur.

Yekun Bəyannamədə Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (UNFCCC), onun Kioto Protokolunun və Paris Sazişinin məqsədlərinə, prinsiplərinə və müddəalarına hörmət edilməsinin vacibliyi vurğulanıb. İqlim dəyişmələri ilə mübarizə, ətraf mühitin qorunması bəhanəsi ilə tətbiq edilən birtərəfli tədbirlər pislənir.

BRICS dövlət başçıları xatırladıblar ki, BMT İDÇK, o cümlədən illik COP iclasları iqlim dəyişmələri probleminin bütün ölçülərdə müzakirəsi üçün əsas və qanuni beynəlxalq platformadır. Onlar Misirdə və BƏƏ-də keçirilən Tərəflər Konfransının nəticələrini yüksək qiymətləndiriblər. COP30-un təşkilində Braziliyanın aparıcı rolunu, eləcə də Hindistanın 2028-ci ildə COP33-ə ev sahibliyi etmək üçün namizədliyini irəli sürməsini dəstəkləyiblər.

Qeyd edək ki, Yekun Bəyannamə Kazanda keçirilən BRICS sammitində qəbul edilib.

Şərhlər

Yaz...

Diaspora xəbər - VİDEO TƏQDİMAT -    30.10.2024
Diaspor, Video Qalereya, Diaspora Xəbər

Diaspora xəbər - VİDEO TƏQDİMAT - 30.10.2024

Diaspora xəbər - VİDEO TƏQDİMAT -    29.10.2024
Diaspor, Video Qalereya, Diaspora Xəbər

Diaspora xəbər - VİDEO TƏQDİMAT - 29.10.2024

Diaspora xəbər - VİDEO TƏQDİMAT -    31.10.2024
Diaspor, Video Qalereya, Diaspora Xəbər

Diaspora xəbər - VİDEO TƏQDİMAT - 31.10.2024

Diaspora xəbər - VİDEO TƏQDİMAT   - 28.10.2024
Diaspor, Video Qalereya, Diaspora Xəbər

Diaspora xəbər - VİDEO TƏQDİMAT - 28.10.2024

Diaspora xəbər - VİDEO TƏQDİMAT -    01.11.2024
Diaspor, Video Qalereya, Diaspora Xəbər

Diaspora xəbər - VİDEO TƏQDİMAT - 01.11.2024

“Azərbaycan dili” -    25-ci dərs
Diaspor, Dərs saatı, Video Qalereya

“Azərbaycan dili” - 25-ci dərs