Tarix: 19.07.2024 / 12:13
"Bratva" söhbətlərini Amerikaya gətirməyin   - Diaspor fəalı çağırış etdi

"Bratva" söhbətlərini Amerikaya gətirməyin - Diaspor fəalı çağırış etdi

Xəbər verdiyimiz kimi, Amerikada azərbaycanlılar arasında bədbəxt sonluqlu hadisə baş verib. Mübahisə edən tərəflərdən biri digər iki şəxsi bıçaqlayıb. Yaralananlardan biri elə yerindəcə dünyasını dəyişib, digəri isə xəstəxanalıq olub.

Diaspora.TV xəbər verir ki, yaşanan insidentlə bağlı Amerikada fəaliyyət göstərən "Azərbaycanlılar Birliyi" ("Azerbaijani Union") təşkilatının həmtəsisçisi Fərhad Ələkbərzadə sosial şəbəkə hesabında açıqlama yayıb.

F.Ələkbərzadə paylaşımında soydaşlarımıza səslənib:

“Əziz həmyerlilər, Amerika Azərbaycan deyil. Post-sovet ölkələrinin "bazborka", "panyatka", "bratva" söhbətlərini bura gətirməyə ehtiyac yoxdur. Onsuz da buranın öz kriminalı az deyil”.


F.Ələkbərzadə bildirib ki, kimsə xoşunuza gəlmirsə, o insandan uzaq durun, zəngləşib "söhbət çürütməyə” çalışmağa ehtiyac yoxdur:

“Siz Amerikaya gözəl həyat, yaxınlarınız üçün daha yaxşı şərait yaratmaq üçün gəlmisiniz. Buna fokuslanıb işlərinizə davam edin. Xırda hadisə baş versə belə, immiqrasiya işlərinizə böyük təsiri ola bilər”.

“Bunları ona görə yazıram ki, son illərdə Amerikaya hər cürə insanlar gəlib. Əlbəttə, həmyerli olaraq bir-birimizə mümkün olduğu şəkildə dəstək olmalıyıq. Amma xırda narahatçılıq hiss etdinizsə, mütləq o insanlardan uzaqlaşın. Heç kimə problem yaranmasın”, - deyə F.Ələkbərzadə bildirib.

Xəyalə Zöhrab
Diaspora.TV

Şərhlər

Yaz...