Tarix: 25.04.2024 / 23:28
Böyük Azərbaycan diasporunun olduğu İrpen şəhərində...  - Prezident

Böyük Azərbaycan diasporunun olduğu İrpen şəhərində... - Prezident

"Biz Ukraynaya 30 milyon avrodan artıq humanitar və maliyyə yardım etdik. Böyük Azərbaycan diasporunun olduğu İrpen şəhərində bir sıra sosial obyektlərin yenidənqurma işlərini aparırıq. Daha heç bir şey".

Diaspora.TV xəbər verir ki, bu barədə Prezident İlham Əliyev ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda çıxışı zamanı deyib.

Prezident bildirib ki, bizdən istənilsə də biz Ukraynaya silah vermirik:

"Humanitar yardım olar, amma silah yox. Bu mənim cavabımdır. Etnik və dini baxımdan bir-birinə yaxın olan iki xalq üçün bu böyük faciədir. Müharibədən qaşmaq şansı məncə var idi. Əvvəlki illərdə Ukrayna liderlərinin Rusiya ilə normal münasibətlər qurmaq şansı var idi."

Prezident qeyd edib ki, 2000-ci ilin əvvəllərində Ukraynanın güclü dövlət qurmaq şansı əldən verildi.

Şərhlər

Yaz...