Rusiyanın İstintaq Komitəsi azərbaycanlı miqranta qarşı daha bir ədalətsiz və qərəzli qərar verib. Başqırdıstanın Kumertau şəhərində bir nəfəri yaralayan əcnəbiyə qarşı cinayət işi açılıb.
Diaspora.TV xəbər verir ki, bu barədə Respublika İstintaq Komitəsinin mətbuat xidməti məlumat verib.
Hadisə iyulun 30-da axşam saatlarında ictimai nəqliyyat dayanacağında baş verib. İstintaqın məlumatına görə, 34 yaşlı Azərbaycan vətəndaşı tanışı olan yerli sakinlə pul üstündə xırda münaqişə edib. Mübahisə kəskinləşib və o, boş patronları olan tapança ilə yaxın məsafədən rəqibini qorxutmaq məqsədilə atəş açıb. Zərərçəkmiş vaxtında qaçmağı bacarsa da, qulağından zədə alıb.
Rusiya İstintaq Komitəsi isə miqranta qarşı “adam öldürməyə cəhd” maddəsi ilə cinayət işi açıb.