Tarix: 27.11.2024 / 15:10
BMT Nobel mükafatçısı olan azərbaycanlı ilə bağlı    bəyanat yaydı

BMT Nobel mükafatçısı olan azərbaycanlı ilə bağlı bəyanat yaydı

BMT-nin İran üzrə Müstəqil Faktaraşdırıcı Komitəsi Evin həbsxanasında saxlanılan siyasi məhbus, hüquq müdafiəçisi və 2023-cü il Nobel Sülh mükafatının sahibi Nərgiz Məhəmmədinin dərhal azad olunmasını tələb edib.

Diaspora.TV xəbər verir ki, bu barədə Azadİran məlumat yayıb.

Komitə bəyanatında qadın siyasi məhbusun fəaliyyətinə, həbs müddətinə və ona qarşı təzyiqlərə toxunub:

"Həbsxana rəhbərliyi dəfələrlə Nərgiz Məhəmmədinin zəruri tibbi xidmətlərdən yararlanmasına icazə verməyib. Məhbuslar, xüsusən də, hüquq müdafiəçiləri, jurnalistlər və yazıçıların tibbi ehtiyaclarına etinasız yanaşmaq İran hökumətinin geniş yayılmış və sistemli təzyiq modelinin bir hissəsinə çevrilib. İranı bu davranışın dayandırılmasına çağırırıq”.

Qeyd edək ki, Nərgiz Məhəmmədi bundan əvvəl müxtəlif ittihamlara görə 12 il 3 ay həbs, 154 şallaq cəzasına məhkum edilib.


Şərhlər

Yaz...