Tarix: 26.10.2024 / 09:17
BMT həbsdə olan azərbaycanlı vəkilin səhhətinə    görə narahatdır

BMT həbsdə olan azərbaycanlı vəkilin səhhətinə görə narahatdır

BMT-nin insan haqları müdafiəçiləri üzrə xüsusi məruzəçisi Meri Lavlor Evin həbsxanasında saxlanılan azərbaycanlı hüquqşünas və fəal Tahir Nəqəvinin vəziyyətindən narahatlığını bildirib.

Diaspora.TV xəbər verir ki, bu barədə BMT-nin məruzəçisi sosial şəbəkə hesabında paylaşım edərək yazıb:

“Vəkil Tahir Nəqəvi xəstəxanada müalicə olunmur və o təhlükəli məhbusların yanına yerləşdirilir. Bu, onun təhlükəsizliyi üçün ciddi narahatlıq yaradır. İran hökuməti onun təhlükəsizliyi üçün zəmanət verməlidir”.

Qeyd edək ki, ötən günlərdə Tahir Nəqəvi həbsxana paltarı geyinməyə və qandal taxmağa qarşı çıxdığı üçün xəstəxana göndərilməyib./Azadİran





Şərhlər

Yaz...