Tarix: 07.10.2024 / 15:24
BMT Ermənistanda əhali artımına dəstək    olacaq?

BMT Ermənistanda əhali artımına dəstək olacaq?

Ermənistanda ölkənin yeni demoqrafik strategiyası müzakirə olunacaq. Birləşmiş Millətlər Təşkilatının Əhali Fondunun (UNFPA) Şərqi Avropa və Mərkəzi Asiya üzrə regional direktoru Florens Bauer 2024-cü il oktyabrın 8-dən 10-dək Ermənistanda olacaq.

Diaspora.TV erməni mediasına istinadla xəbər verir ki, səfər çərçivəsində Ermənistan hökumətinə demoqrafik dayanıqlığın gücləndirilməsində, habelə yeni demoqrafik strategiyanın həyata keçirilməsində, cinsi və reproduktiv sağlamlıq, gender bərabərliyi və gənclər siyasəti sahəsində dəstəklə bağlı müzakirələr aparılacaq.

Bildirilir ki, səfərdə diqqət mərkəzində UNFPA-nın Ermənistan üçün 2026-2030-cu illəri əhatə edəcək Fəaliyyət Proqramının hazırlanması olacaq.

Qeyd edək ki, Ermənistan cəmiyyəti ciddi demoqrafik böhran yaşayır - gənclər ölkəni tərk edir, doğumun səviyyəsi isə kəskin azalıb. İllərdir bu problemlə bağlı ölkənin siyasətçiləri, din və mədəniyyət xadimləri, elm adamları həyəcan təbili çalsalar da, sözügedən istiqamətdə müsbətə doğru hansısa dəyişiklik nəzərə çarpmır.

Şərhlər

Yaz...