Tarix: 25.10.2024 / 13:00
 BMT-dən COP29 ərəfəsində xəbərdarlıq -     ən çox kasıblar əziyyət çəkəcək

BMT-dən COP29 ərəfəsində xəbərdarlıq - ən çox kasıblar əziyyət çəkəcək

Birləşmiş Millətlər Təşkilatı bu əsrin sonuna qədər dünyanın 3,1°C-lik "fəlakətli" qlobal istiləşmə təhlükəsi ilə üz-üzə qalacağını bildirib.

Diaspora.TV xarici mediaya istinadla xəbər verir ki, bu barədə BMT-nin Ətraf Mühit Proqramı (UNEP) tərəfindən dərc edilən illik hesabatda bildirilib. Hesabatda qlobal istiləşməni 1,5°C ilə məhdudlaşdırmaq üçün tələb olunan emissiya azaldılmasının qeyri-kafi olduğu və bu hədəfin “tezliklə öləcəyi” xəbərdarlığı edilib. Qeyd olunub ki, dünyada temperatur artımı 2,6°C ilə 3,1°C arasında dəyişə bilər ki, bu da böyük iqlim fəlakətinin qapının astanasında olduğunu göstərir.

Qeyd olunan fəlakət dolu xəbərdarlıq bu il Azərbaycanın paytaxtı Bakıda keçiriləcək Cop29 sammitindən əvvəl verilib. Sammitdə inkişaf etməkdə olan ölkələrə iqlim dəyişikliyi ilə mübarizədə maliyyələşməni artırmaq üçün daha cəsarətli addımlar atmağa çağırışlar ediləcək. Eyni zamanda, ölkələr arasında emissiya fərqini aradan qaldırmaq üçün daha iddialı planlar müzakirə olunacaq.

Daily Mail-də yer alan xəbərə görə, BMT-nin baş katibi Antonio Quterreş hesabatla bağlı verdiyi açıqlamada dünyanın “planetar ip üzərində getdiyini” bildirib. Quterreş, "ya liderlər emissiya fərqini aradan qaldıracaqlar, ya da iqlim fəlakətinə doğru sürüklənəcəyik. Ən çox kasıblar və həssas insanlar əziyyət çəkəcək", - deyib.

Şərhlər

Yaz...