Tarix: 22.08.2024 / 17:00
BMT azərbaycanlı hüquq müdafiəçisi ilə bağlı    bəyanat yaydı

BMT azərbaycanlı hüquq müdafiəçisi ilə bağlı bəyanat yaydı

BMT-nin insan haqları üzrə xüsusi məruzəçiləri Tehranın Evin həbsxanasında saxlanılan Nərgiz Məhəmmədinin həbsxanadakı vəziyyətindən narahat olduqlarını bildiriblər.

Diaspora.TV xəbər verir ki, bəyanat BMT-nin İranda insan haqları üzrə xüsusi məruzəçisi May Sato tərəfindən yayılıb.

Bəyanatda Nərgiz Məhəmmədi və onunla birgə saxlanılan başqa qadın məhbusları və hüquq müdafiəçilərinin sağlamlıq durumu, onların müayinə və müalicə hüquqlarının pozulmasından narahatlıq ifadə olunub.

May Sato və BMT-nin başqa 4 nümayəndəsi azərbaycanlı siyasi məhbusun səhhətinin ağırlaşdığını deyib, onun vəziyyətindən nigaran olduqlarını bildiriblər.

"İran hökumətindən Nərgiz Məhəmmədini dərhal sərbəst buraxmağı və başqa məhbusların tibbi xidmətlərdən istifadə etməsinə şərait yaratmağı tələb edirik", - bəyanatda deyilib.

Qeyd edək ki, Güney Azərbaycanın Zəncan şəhərində doğulan və 2023-cü il Nobel Sülh Mükafatının laureatı Nərgiz Məhəmmədi 12 il 3 ay həbs, 154 şallaq cəzasına məhkum edilib./GünazTV

Şərhlər

Yaz...