Tarix: 31.05.2024 / 10:29
Bizimlə maraqlanıb, əlaqə saxlamaları lazımdır   - Cəmiyyət sədri

Bizimlə maraqlanıb, əlaqə saxlamaları lazımdır - Cəmiyyət sədri

“Bəlkə də Almaniyanın hər şəhərində cəmiyyətlər olduğu üçün diaspora (red - Diaspora Alyansı) hamısına nəzarət edə bilmir. Bu səbəbdən də sıx əlaqələr qurmaqda çətinlik çəkilir. Elə soyuq münasibətlər də burdan qaynaqlanır”.

Bu sözləri Diaspora.TV-yə açıqlamasında “Bakı” Alman-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Rəbiyyə Nəbiyeva deyib.

Onun sözlərinə görə, xaricdə yaşayan soydaşlarımız istəyir ki, bir arada toplaşa bilsinlər:

“Fuad Muradov gəldi və Berlində "Diaspora Alyansı" yaradıldı. Həmin Alyans cəmiyyətlərin əksəriyyətini tanımır, azərbaycanlıları bir araya toplaya bilmir. Mən Almaniyada olan Azərbaycan-Alman diaspora təşkilatını nəzərdə tuturam. Onlar bizimlə sıx əlaqədə olmalıdırlar. Yenə deyirəm, bəlkə də biz o əlaqəni yarada bilmirik. Bizdə nə çətinlik varsa, hələdə o təşkilat bilmir. Cəmiyyətdə neçə adamıq, nə ilə məşğuluq bizdən xəbərləri yoxdur. Diaspora çox işlə maraqlanmır. Bizim gücümüz nəyə çatır, öz imkanımız daxilində təşkil etmək istəyirik. Hər birimiz istəyirik ki, millətimiz bir yerə yığılsın, cavanlarımız bir-birilərini tanısınlar, ailə qursunlar, lazım gələrsə, çətinliklərdə bir-birilərinə kömək etsinlər”.

R.Nəbiyeva qeyd edib ki, Almaniyada Azərbaycan məktəbi açmaq istəyirlər:

“Yaşı məktəbə çatmayan körpə uşaqlarımıza da Azərbaycan dilini öyrətmək istəyirik. Azərbaycan məktəbləri açaq, Azərbaycan evlərində bir araya gələk. Uşaqlar öz ana dillərini unutmasınlar, əlbəttə buna da çox maliyyə lazımdır. Eyni zamanda diasporun (red - Diaspora Alyansı) bizimlə yaxından maraqlanıb, əlaqə saxlaması lazımdır. Birgə əlaqəni ya biz, ya da onlar yarada bilmir. Birlikdə işləyib, əlaqə qurmaq məsələsində çox çətinlik çəkirik. Bu çətinliyi təkcə biz deyil, bəlkə də digər təşkilatlar da çəkir. Diaspora cəmiyyətlərin iştirakı ilə çox tədbirlər keçirə, işlər görə bilər. Tək Almaniya deyil, digər dövlətlərdə də diaspora çox işlər görə bilər”.

Xəyalə Zöhrab
Diaspora.TV

Şərhlər

Yaz...