Tarix: 19.07.2024 / 10:49
Bizim təşkilatlar idarəetmənin bu formasına hələ də nail ola bilmirlər   - Diaspor fəalı

Bizim təşkilatlar idarəetmənin bu formasına hələ də nail ola bilmirlər - Diaspor fəalı

“Mən Almaniyada 20 ildən çoxdur böyük sənaye layihələrinə rəhbərlik edirəm”.

Bu sözləri Diaspora.TV-yə açıqlamasında Almaniyada yaşayan Azərbaycan əsilli mühəndis, texniki elmlər doktoru, diaspor fəalı Yaşar Musayev deyib.

Y.Musayevin sözlərinə görə, Almaniyada bütün layihələr üçün öncədən ölçü parametrləri müəyyən edirlər və layihənin sonunda, yaxud da gedişində onu məhz həmin parametrlər əsasında qiymətləndirirlər:

“Diaspora təşkilatları ölkədəki vəziyyətin demək olar ki, tam eyni təsviridir. Əsasən birinci nəsil gələnlər fəaliyyət göstərir və onlar da ölkədə olan idarəetməni mental olaraq özləri ilə müxtəlif ölkələrə "aparırlar"”.

“Ümumiyyətlə təklifim odur ki, hər bir təşkilatın illik idarəetmə, tədbirlər planı əsasında fəaliyyəti olsun və həmin tədbirlər də yerli idarə heyətlərinin koordinasiyası əsasında keçirilsin. Bu proses Avropa ölkələrində və cəmiyyətlərində olduğu kimi irəliləsin. Əfsuslar olsun ki, bizim təşkilatlar idarəetmənin bu formasına hələ də nail ola bilmirlər”, - deyə diaspor fəalı bildirib.

Y.Musayev qeyd edib ki, yerli təşkilatların da fəaliyyəti ümummilli məsələlərdə, maraqlarda ölkə üzrə mövcud olan Koordinasiya Şurası tərəfindən koordinasiya oluna bilər:

“Biz buna Almaniya timsalında 2019-2021-ci illərdə idarəetmə baxımından nail olduq”.

Xəyalə Zöhrab
Diaspora.TV

Şərhlər

Yaz...