Tarix: 14 Aprel 2024 11:15 | Baxış sayı: 841
"Bizim dərdimiz ölkəmiz və soydaşlarımızdır"-   Rauf Arifoğlu

"Bizim dərdimiz ölkəmiz və soydaşlarımızdır"- Rauf Arifoğlu

"İran raketləri Əl -Əqsa məscidinin üstündən uçur".

Diaspora.TV xəbər verir ki, bu fikirləri "Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğlu öz sosial şəbəkə hesabında yazıb. O, İran-İsrail arasında baş verən münaqişəni tarixin ən böyük dron müharibəsi adlandırıb:

"Başladı, amma nə zaman və necə bitəcəyi bəlli deyil.
Bizim dərdimiz ölkəmiz və soydaşlarımızdır. Bu müharibə bizə də aiddir və böyüsə, bizdən, Türkiyədən, İrandakı Azərbaycan türklərindən yan keçməyəcək".

R. Arifoğlu vurğulayıb ki, Azərbaycan dövləti bölgədə qlobal müharibə ehtimalını gerçək sayaraq və məlumatlı olduğu üçün quru sərhədləri bağlı saxlamaqdadır:

"Allah bundan beləsindən və İrandakı soydaşlarımızın molla rejiminin provokativ əməllərinin cəzasını bölüşməsindən qorusun".

Diaspora.TV

Şərhlər

Yaz...

Sünik koridoru İranı cəhənnəmə    aparır
Video Qalereya, Cənub vaxtı

Sünik koridoru İranı cəhənnəmə aparır