Tarix: 02.10.2024 / 21:51
Sülh müqaviləsinin razılaşdırılmış 13 maddəsini açıqlamırıq...    - Paşinyan

Sülh müqaviləsinin razılaşdırılmış 13 maddəsini açıqlamırıq... - Paşinyan

Sülh müqaviləsinin razılaşdırılmış 13 maddəsinin açıqlanması müqaviləni imzalamaq istəməyən tərəfə bütün diplomatik normaların pozulduğunu bildirmək üçün bir səbəb verəcəkdir... və s.

Diaspora.TV xəbər verir ki, bunu Ermənistan Milli Assambleyasında hökumətlə sual-cavab iclasında baş nazir Nikol Paşinyan deyib.

O, müxalifətçi deputat Artur Xaçatryanın Azərbaycanla sülh müqaviləsi layihəsinin razılaşdırılmış 13 maddəsinin niyə Ermənistan ictimaiyyətinə təqdim edilməməsi və Ermənistan ictimaiyyətinin həmin şərtlərlə bu sənədi imzalamağa razı olub-olmaması ilə bağlı sualını cavablandırarkən qeyd edib.

"Təklif etdiyimiz sülh müqaviləsinin məzmunu aydındır, başa düşüləndir və ictimaiyyət üçün açıqdır, çünki mən müxtəlif hallarda həmin məqamları əks etdirmişəm. Burada məxfilik məsələsi yoxdur, diplomatik düzgünlük məsələsi var. Mən deyə bilmərəm, “1-ci bənddə belə yazılıb, 2-ci bənddə belə yazılıb, 3-cü bənddə belə yazılıb. Həmin sənədin də ikinci benefisiarı var və birtərəfli bəyanatlar vermək düzgün deyil”, - deyə Paşinyan əlavə edib.

O qeyd edib ki, son mətbuat konfransında və BMT tribunasından çıxışında əsasən hər şeyi ictimailəşdirib.

Paşinyan əlavə edib ki, söhbət diplomatik münasibətlərdən, sülh müqaviləsinin icrasına nəzarət edən ikitərəfli komissiyadan, bir-birinin ərazi bütövlüyünün qarşılıqlı tanınmasından, bir-birlərinə ərazi iddialarının olmamasından gedir.


Şərhlər

Yaz...