“Təəssüf ki, biz birlik sözünü ancaq sözdə eşidirik. Maraqlısı da budur ki, birlikdən danışdıqca daha da parçalandıq”.
Bu sözləri Diaspora.TV-yə açıqlamasında Sankt-Peterburq Azərbaycanlıları Cəmiyyətinin sədr müavini, “Xan qızı Natəvan” Dünya Azərbaycan Qadınları Birliyinin rəhbəri Könül Abbasova deyib.
K.Abbasovanın sözlərinə görə, əgər diaspora təşkilatlarının hər birinə eyni gözlə baxılarsa, birləşmək kimi böyük problemimiz olmaz:
“Sankt - Peterburq şəhərində Rusiya vətəndaşı olaraq heç bir çətinliklə qarşılaşmamışıq. Lakin qazanc və yaşamaq üçün gələn soydaşlarımız miqrasiya sarıdan çox əziyyət çəkirlər. Soydaşlarımızın hüquqi məsələlərinə müdaxilə etməyə ixtiyarımız olmasa da əlimizdən gələn qədər kömək edirik. Dövlət orqanları ilə əməkdaşlıq əlaqələrini rəsmi şəkildə möhkəmləndirmək üçün nə lazımdırsa edirəm”.
Cəmiyyət rəhbəri əlavə edib ki, 2019-cu ildən Leninqrad Milli Mədəni Muxtariyyətinin müavini və Qadınlar Şurasının rəhbəri vəzifələrinin icrası ilə aktiv diaspor fəaliyyətinə başlayıb:
“Xocalının 30 illiyi ilə əlaqədar Leyla Əliyevanın təşəbbüsü ilə “Xocalıya haqq səsi” adlı tədbir keçirmişəm. “Xocalı sən Azadsan” tədbirimizi Sankt Peterburqun mərkəzi kitabxanalarının birində keçirdik. Leninqrad vilayətinin bütün rayonlarında bir çox millətlərin iştirak etdiyi etno festivallarda Azərbaycanın milli dəyərlərini təbliğ etmişəm. Milli adət - ənənələrimizi tanıtmağa çalışmışam “Buta, xına yaxtı” “Kəlağayı ismətimdir”, “Nizami Gəncəvinin 880 illiyi”, “20 Yanvar”, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü, Ulu öndər Heydər Əliyevin 100 illiyi və Emil Nəsirlinin Ulu öndərə həsr etdiyi “Ömrün 100 anı” adlı kitabını Sankt-Peterburqda yerləşən Milli Kitabxanada yüksək səviyyəli təqdimatını etdirmişəm. Burada yaşayan və fəaliyyət göstərən yaşlı nəslin nümayəndələri üçün onlara “Siz bizimsiniz” silsiləsində bədii gecələr keçirirəm və s.”.
K.Abbasova qeyd edib ki, “Sənsən mənim vətənim” adlı şəhid və qazi övladlarının iştirakı ilə böyük müsabiqə keçirir:
“Məqsədimiz şəhid, qazi ailələrinin və Prezident İlham Əliyev cənablarının yanında olmaq və ona dünyanın hər yerindən “Biz sizinləyik” deməkdir. Nəzərinizə çatdırım ki, sadaladığım tədbirləri Sank-Peterburq və Leninqrad vilayətinin diasporasının üzvləri, Qadınlar Şurası və Gənclər təşkilatı ilə birlikdə edirik. Bu ilin 28 mayında Sank-Peterburq və Leninqrad vilayətinin diasporasında Cümhuriyyət Gənclər Birliyi də yaratdıq”.
Xəyalə Zöhrab
Diaspora.TV
Rasim
Maraqlıdır bu qadın hansı cəmiyyətin sədr mavinidir?
05.07.2024 / 18:45