“Bu gün Avropadakı azərbaycanlıların böyük qismi yalnız öz maraqlarından çıxış edir”.
Bu sözləri Diaspora.TV-yə Azadlıq Partiyasının sədri Əhməd Oruc dünyanın müxtəlif ölkələrinə səpələnən o taylı, bu taylı Azərbaycan diasporunun birləşə bilməməsinin səbəblərindən danışarkən deyib.
Sədr bildirib ki, Avropadakı azərbaycanlıların bir qismi də yaşadığı ölkənin xüsusi xidmət orqanları tərəfindən idarə olunur:
“Hesab edirəm ki, bunun iki səbəbi var. Birinci səbəbi ümumiyyətlə, biz birləşməyə meyilli xalq deyilik. Harada olmağımızdan asılı olmayaraq bizdə belə bir rəy formalaşıb ki, azərbaycanlıdan azərbaycanlıya xeyir gəlməz. Buna görə Rusiyada, Avropada bir-birini görəndə çox nadir hallarda tanışlıq verirlər. Çox vaxt özlərini elə aparırlar ki, guya azərbaycanlı deyillər”.
Partiya sədri hesab edir ki, siyasi baxımdan birləşməməyin əsas səbəbi asılı olduqları dairələrin maraqlarına görədir:
“Siyasi dairələr eyni deyil, müxtəlif mərkəzlərdəndir. Müxtəlif mərkəzlərin də müxtəlif iddiaları var, buna görə də birləşmə alınmır”.
Jalə
Diaspora.TV
RAHİM
DÜZDÜR. NECƏ OLURKİ MÜƏLLİM 400 MAN. PENSİYA ALIR, XALQIN seçmədiyi "deputat" 10 min. manat maaş alır. budurmu sosial yönümlü büdcə.?
27.09.2024 / 09:18