Tarix: 26.08.2024 / 10:20
Tümen vilayətindən minə yaxın   miqrant qovulub

Tümen vilayətindən minə yaxın miqrant qovulub

Bir il ərzində Tümen vilayətindən minə yaxın miqrant qovulub.

Diaspora.TV xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin regional idarəsinin rəisi Aleksandr Smirnov vilayət parlamentinin iclasında məlumat verib.

"2023-cü ildə miqrasiya qanunvericiliyini pozan əcnəbi vətəndaşların inzibati qaydada ölkədən çıxarılması üçün Tümen məhkəmələrinə mindən çox material göndərilib. Onlardan 947-si faktiki olaraq Rusiya Federasiyasını tərk edib. Eyni zamanda, deportasiya haqqında 119 qərar qəbul edilib, onlardan 83-ü icra olunub", - deyə A. Smirnov bildirib.

Smirnov əlavə edib ki, , ötən il Tümen vilayətində miqrasiya qanunvericiliyini pozanların axtarışı üçün 3,5 min yoxlama və 2000-dən çox reyd keçirilib. Bazarlarda, tikinti obyektlərində, yaşayış massivlərində və digər yerlərdə qanun pozucuları aşkar edilib. Tümen polisi doqquz mindən çox pozuntu aşkar edib. Tətbiq olunan cərimələrin məbləği 19 milyon rublu ötüb.

"2024-cü ilin əvvəlindən Tümen vilayətində Rusiya Federasiyasının miqrasiya qanunlarının 756 pozulması faktı müəyyən edilib. Rusiyadan çıxarılma ilə bağlı 104 qərar qəbul edilib, 96 əcnəbinin Rusiyaya girişi qadağan edilib", - deyə A.Smirnov bildirib.


Şərhlər

Yaz...