Bir həftə ərzində 1500-ə yaxın qeyri-qanuni miqrant qayıqla Manş boğazını keçərək Böyük Britaniyaya gəlib.
Diaspora.TV xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb .
Rəsmi statistikaya əsasən, ölkəyə avqustun 11-də 703, avqustun 12-də 125, avqustun 14-də 107, avqustun 17-də isə 492 miqrant gəlib.
Hökumət “sərhəd təhlükəsizliyini pozan və insanların həyatını riskə atan kiçik qayıqlarla təhlükəli miqrant keçidlərinə son qoymaq istəyir”, - deyə Daxili İşlər Nazirliyinin sözçüsü bildirib.
Son bir həftə ərzində ölkəyə 1,4 minə yaxın qeyri-qanuni mühacir gəlib. İlin əvvəlindən isə Böyük Britaniyaya qanuni əsas olmadan 19 min insan gəlib. Bütün keçən il ərzində təxminən 30 min nəfər miqrant Britaniyaya keçib.